CƏMİYYƏT


Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Sentyabrın 16-da Xəzər Rayon İcra Hakimiyyəti (RİH) və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə bu il ali təhsil müəssisələrinə keçirilən imtahanlarda Xəzər rayonu üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, icra hakimiyyətinin inzibati binasının qarşısında keçirilən tədbiri açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu il tələbə adını qazanan məzunları böyük uğur münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri ilə respublikamızda çox böyük işlər görülür, dərin islahatlar aparılır.

Deputatlar Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov tədbirdə çıxış edərək rayonun tələbə adını qazanan bütün orta məktəblərinin məzunlarını böyük uğur münasibətilə ürəkdən təbrik ediblər. Bildiriblər ki, onların tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır.

Görüşdə tələbə adını qazanmış gənclər də çıxış ediblər. Onlar yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.