Xəzər rayonunda şəhidlərimizin adını daşıyan xatirə bulağının açılışı olub
AzerTAg.az
Bakı, 27 iyun, AZƏRTAC
Xəzər rayonunun Şüvəlan qəsəbəsində 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə yüksələn qəsəbə sakinləri Vəliyev Müslüm Vəliağa oğlu, Eyniyev Tərlan Gölişad oğlu, Hacıyev Kamran Füzuli oğlu və Məmmədov Səxavət Adıgözəl oğlunun xatirəsinə inşa edilmiş Şəhidlər bulağının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidlərin doğmaları, qazilər, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərinin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub.
Çıxışlarda Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edilib.





Xəbərin mətnində orfoqrafik səhv var