CƏMİYYƏT


Xəzər rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Xəzər rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində F.Bədəlova məxsus avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki fermaların birindən 100 metr kabel, 1 evdən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.