Xəzər rayonunda tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir









Bakı, 14 aprel, AZƏRTAC
Xəzər rayonunda əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 13-də Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan 73 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar və infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici materiallar paylanılıb.
Bundan əlavə Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Sosial layihəyə çərçivəsində Xəzər rayon ərazisində yaşayan aztəminatlı ailələrə, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən mütəmadi olaraq ərzaq yardımları edilir.
Sakinlər bu diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.