CƏMİYYƏT


Xəzər rayonunda xuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 18 fevral, AZƏRTAC

Xəzər rayonunda xuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis idarəsinin 1-ci polis şöbəsinə fevralın 17-də saat 3 radələrində S.Quliyevin qohumu N.Quliyevaya məxsus, Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açması, orada işləyən Ə.Qurbanovu və Ə.Tahirovu döyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini S.Quliyev əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.