CƏMİYYƏT


Xəzər rayonunda yeddi evdən pul, qızıl əşyalar, inşaat materialları və velosiped oğurlanıb

Bakı, 11 avqust, AZƏRTAC

Bakıda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus yeddi evdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl əşyalar, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri C. Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov saxlanılıb.

Sabunçu rayonu ərazisindəki evlərin birindən isə 1800 manat dəyərində məişət əşyaları və elektrik sayğacı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Balayev rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.