SİYASƏT
Xəzər rayonundakı seçki məntəqələrində səsvermənin bütün prosedurlarına tam riayət olunur
Bakı, 26 sentyabr, AZƏRTAC
Xəzər rayonundakı 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələrinin əhatə etdiyi məntəqələrdə səsvermənin ilk saatlarından yüksək fəallıq hiss edilir. Bütün məntəqələrdə seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Məntəqələrdə səsvermənin bütün prosedurlarına tam riayət olunur.
Ölkə üzrə ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Saat 15.00-dək bu dairə üzrə seçici fəallığı 67,2 faiz olub. Müşahidəçilər məntəqələrdə səsvermənin qanunvericiliyə uyğun şəkildə keçdiyini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]