CƏMİYYƏT


Xəzər rayonunun yuxarı sinif şagirdləri arasında intellektual oyun üzrə yarış keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Xəzər rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 18 oktyabr - Dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə “Nə, harada, nə zaman” intellektual oyunu üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş yarışın məqsədi gənclər arasında vətənpərvərlik və dövlətçilik hislərinin gücləndirilməsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş oğul və qızlarımızın, Milli qəhrəmanlarımızın tanıdılması, Azərbaycan dilinin və tarixinin təbliği olub.

Əvvəlcə şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra yarışa start verilib. Yarışın nəticələrinə görə 230, 26 və 322 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Turirin yekununda qalib gələn komandalar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.