CƏMİYYƏT


Xəzər və Binəqədi rayon ərazilərində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 19 avqust, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, rayon ərazisindəki 5 evdən 800 manat pul, inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində 2 avtomobildən və 1 sexdən 750 manat pul, 200 manat dəyərində naqil və təmir alətləri oğurlamaqda, həmçinin 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Aslanov saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.