CƏMİYYƏT


Xəzər və Yasamal rayonlarında həyətdən və mağazadan oğurluq edən şəxslər məsuliyyətə cəlb olunublar

Bakı, 23 noyabr, AZƏRTAC

Xəzər və Yasamal rayonlarında oğurluq edən şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 18-dən 21-dək olan müddətdə Buzovna qəsəbəsindəki həyətlərin birindən 2000 manat dəyərində dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri T.İmanov və F.Cabbarov Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Noyabrın 13-də rayon ərazisindəki mağazaların birindən 300 manat dəyərində tütün məmulatı və 1250 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı rayon polis idarələri tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.