ELM VƏ TƏHSİL


Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılır

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparır. AMEA-nın Zoologiya İnstitutunun, Neft və Qaz İnstitutunun birgə təşkilatçılığı ilə aparılan tədqiqatlar Çilov, Xərə Zirə, Kür dili, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, Bakı və Abşeron yarımadasının arxipelaq adalarını əhatə edir. İlkin olaraq Çilov adasında başlayan tədqiqatlar Xərə Zirə adasında davam etdirilib.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənirlər. Səksən faizi vulkan mənşəli olan Xəzər adalarının fauna və florası indiyədək heç vaxt öyrənilmədiyindən bu tədqiqatların Azərbaycan elmi üçün əhəmiyyəti böyükdür. Tədqiqat zamanı ilk dəfə dron aparatından istifadə edilib. Belə ki, dron vasitəsilə ərazinin monitorinqi aparılıb, şəkilləri çəkilib. Bir həftə ərzində gəzməklə əldə oluna biləcək məlumatlar dron vasitəsilə 15 dəqiqəyə toplanılıb.

İyirmi nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər daxildir. Ekspedisiya iki il davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.