CƏMİYYƏT
Xəzərin sahil zolağında 10 hektar ərazi tullantılardan təmizlənib
Bakı, 1 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Xəzər həftəsi” ilə bağlı hazırlanmış müvafiq tədbirlər planına əsasən oktyabrın 1-də Hövsan-Türkan çimərliyinin ərazisində iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 200-dən artıq insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 10 kubmetrdən artıq tullantılardan təmizlənib. “Xəzər həftəsi” çərçivəsində ETSN tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
Qeyd edək ki, dünyada hər il qeyd olunan Beynəlxalq Dəniz Günü ərəfəsində Azərbaycanda “Xəzər həftəsi” adı altında praktiki və maarifləndirici aksiyalar keçirilir.