CƏMİYYƏT


Xəzərin sahili sintetik torlardan təmizlənib

Bakı, 17 fevral, AZƏRTAC 

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları növbəti reydi Xaçmaz rayonunun Xəzər dənizinin sahilində yerləşən İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçiriblər. Reyd zamanı həmin ərazilər balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 5 saylı Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov deyib.

İdarə rəisinin sözlərinə görə, faktla bağlı akt tərtib olunub. Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunauyğun tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

V.Cavadov hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.