MƏDƏNİYYƏT


“Xəzərin sahilində-2018” festivalı davam edir

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.

Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, axşam saat 20:00-dan 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifaları ilə iştirakçıların daha əyləncli bir axşam yaşadıb.

Paytaxtın sakinləri və qonaqlar, xüsusilə gənclər iyulun 14-dən sentyabrın 1-dək hər həftənin şənbə günləri saat 20:00–dan 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərlər.

Festival ərazisində iştirakçılara piknik etməyə, müxtəlif oyunlar və yarışlar keçirmələrinə şərait yaradılır.

Festivala giriş ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.