ELM VƏ TƏHSİL


Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyası fəaliyyətini genişləndirir

Bakı, 19 oktyabr, AZƏRTAC

Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyası Baş Assambleyasının XX yubiley tədbirində Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyevin məruzəsi dinlənilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim çıxışında 20 il ərzində Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Xəzər regionunda elm və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edən interaktiv bir platformaya çevrildiyini diqqətə çatdırıb. O, bu illər ərzində qurumun fəaliyyətini genişləndirdiyini, ali məktəblərin akademik və elmi cəhətdən qarşılıqlı əlaqələri sahəsində yüksək nəticələr əldə etdiyini və regionun aparıcı universitetlərini birləşdirdiyini deyib.

BDU haqqında məlumat verən prorektor, eyni zamanda, Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, assosiasiyanın əsas məqsədi qlobal təhsil sahəsinə inteqrasiya etmək, tədqiqatları təkmilləşdirmək, elm və təhsilin müxtəlif sahələrində yeni nailiyyətlərlə tanış olmaq, fikir mübadiləsi və qiymətli təcrübə mübadiləsi aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.