DÜNYA


“Xiaomi” yeni oyun smartfonu hazırlayır

Bakı, 5 fevral, AZƏRTAC

“Xiaomi” şirkətinin məhsullar üzrə direktoru Vonq Tenq Tomas Çinin “Weibo” mikrobloqlar servisi səhifəsində ikinci nəsil “Xiaomi Black Shark 2” oyun smartfonunun hazırlanmasını təsdiq edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Skywalker” kod adlı qurğunun texniki xüsusiyyətləri haqqında məlumat verilmir. Lakin onun sonuncu nəsil qabaqcıl “Snapdragon 855” prosessoru və 8 giqabaytlıq operativ yaddaşla təchiz ediləcəyi barədə söhbətlər dolaşır. Smartfonun “Android Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir.

Qeyd edək ki, birinci nəsil “Xiaomi Black Shark” modeli 2018-ci ilin yazında buraxılıb. Bir müddət smartfon “Antutu” şirkətinin reytinqində 272 min balla bazarın ən güclüsü olub. O, 5,99 düym diaqonallı ekran, “Snapdragon 845” prosessoru və 6 giqabaytlıq operativ yaddaşla təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.