Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xidmətçilikdən heykəltəraşlığa gedən yol - Ukraynada tanınan həmvətənlərimiz

Kiyev, 1 avqust, AZƏRTAC

Yazıya bu başlığı seçməyimin səbəbi var. Onunla danışandan sonra bir daha əmin oldum ki, həyatda nəyəsə nail olmaq üçün əziyyətə qatlanmalı, yuxusuz gecələrin əsirinə çevrilməlisən. Qəlbində sənətinə, Vətəninə, millətinə ilahi sevgi olmalıdır.

Müsahibim 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olmuş, tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşı, Azərbaycanın və xarici ölkələrin çoxsaylı təltiflərinə, o cümlədən “Tərəqqi” medalına layiq görülmüş Seyfəddin Qurbanovdur. Onun xidmətçilikdən heykəltəraşlığa gedən həyat yolu heç də asan olmayıb.

“Qarlı, şaxtalı Xarkova karyera dalınca gedən tələbə...”

S.Qurbanov söhbətini doğulub başa çatdığı Naxçıvan torpağından başladı: “Orta məktəbdə oxuyarkən rəssamlığa, heykəltəraşlığa böyük həvəsim var idi. Heykəltəraş olmaq istəyirdim. Lakin kəndimizdə emalatxana yox idi. Ona görə də paytaxt Bakıda təhsil almaq istəyirdim”. Onun sözlərinə görə, Qazaxıstanda əsgərlik xidmətini başa vurduqdan sonra Bakıda pedaqoji institutun bədii qrafika fakültəsinə daxil olub. “Fakültənin rəhbərlərindən biri Azərbaycanın tanınmış heykəltəraşı İbrahim Zeynalov idi. Atam onu televiziyada görəndən sonra heykəltəraşın yanında öyrənmək qərarına gəldik. İnstitutun bədii qrafika fakültəsinə təhsil almaqla yanaşı, İbrahim Zeynalovun emalatxanasında çalışırdım. Dərsdən sonra onun emalatxanasında iki il xidmətçi işləyə-işləyə heykəltəraşlığın sirlərini öyrənməyə başladım”, - deyə S.Qurbanov əlavə edib.

ARAYIŞ: İbrahim Zeynalov tanınmış heykəltəraş, Azərbaycan SSR dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. İ.Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirib. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Respublikamızın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olub.

O, 2008-ci il martın 6-da ömrünün 74-cü ilində vəfat edib.

Heykəltəraş S.Qurbanov daha sonra yaradıcılığını inkişaf etdirmək üçün bu sənətin sirlərini dərindən mənimsəmək məqsədilə xarici ölkələrdə təhsilini davam etdirmək qərarına gəlib: “Xarici ölkədə təhsil almaq üçün müəllimim İbrahim Zeynalova müraciət etdim, Xarkovu seçdim. Çox çətinliklə qarlı, şaxtalı havada Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının qapılarını döyə bildim və bir ilimi itirərək təhsilimi ikinci kursdan başladım. Həmin il cəmi dörd tələbə instituta girmişdi, onların arasında mən ən zəifi idim. Lakin institutu bitirəndə, ən güclüsü oldum və mənə bu ali ocaqda qalıb işləməyi təklif etdilər. Razılıq verəndən sonra, məni Sankt-Peterburqa təcrübə keçməyə göndərdilər”.

“İdeya və kompozisiya güclü olmasa, seçilməzsən”

S.Qurbanov deyir ki, arzuladığın sahədə seçilmək istəyirsənsə mütləq tələbkar olmalısan: “Hər iş, hər əsər üçün kompozisiya qurulmalıdır. Ən əsası ideyanın tapılmasıdır. Ona görə də hər bir kompozisiyanın tapılması üçün bəzən günlər, həftələr lazım olur. Hər əsər diqqət tələb edir. Bu baxımdan hər əsərin özünün obrazı olmalıdır ki, bir-birinə oxşamasın. İdeyan, obrazın güclü olsa başqalarından fərqlənərsən. Heykəltəraşı heykəltəraş edən ən mühüm iş ideyanın, dinamikanın olmasıdır. Ukraynada yaratdığım işlər arasında 2004-cü ildə Kiyev vilayətinin İrpen şəhərində görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın, 2006-cı ildə Ukrayna paytaxtında görkəmli şair Səməd Vurğunun abidəsini, 2008-ci ildə Xarkov şəhərində Azərbaycanın milli qəhrəmanı Viktor Seryoginin xatirə lövhəsini, 2011-ci ildə Dnepropetrovsk vilayətində Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsini xüsusi qeyd etmək istərdim. 2012-ci ildə Azərbaycanın Ukraynadakı səfirliyində ulu öndər Heydər Əliyevin büstünün müəllifi olmağımdan çox böyük qürur duyuram. Sloveniyada dahi şairimiz Nizami Gəncəvinin heykəlinin müəllifiyəm. Ümumilikdə, 100-dən artıq heykəl və memorial lövhənin müəllifiyəm”.

“Hələ də yeni obrazlar dalınca qaçıram”

“Öz obrazınızı tapmısınız” sualına cavabında S.Qurbanov sözümü yarımçıq kəsib dedi: “Bu, mümkün deyil. Nə qədər çox işləsən də düşünürsən ki, hələ görüləcək işlər qabaqdadır. Yeni obraz dalınca qaçırsan. Əgər bir yaradıcı insan hesab edirsə ki, axtardığı obrazı tapıb, onda o heç vaxt nə isə yarada bilməz. Yaradıcı insanların elə daim axtarışda olmalarının əsas səbəblərindən biri də istədikləri obrazı tapmamalarıdır. İllərin təcrübəsinə baxmayaraq, elə düşünürəm ki, öyrəniləcək çox şey var. Hər bir sənət adamı həmişə öz üzərində işləməlidir. Heykəltəraş öz yaradıcılıq imkanlarından daha düzgün və səmərəli istifadə etməli, yorulmadan yaradıcılıq axtarışları aparmalı, folklora, el sənəti örnəklərinə dönə-dönə müraciət etməli, tarixi qəhrəmanları araşdırıb tədqiq edərək onların obrazlarını canlandırmalıdır. Sənətkar uzun müddət təsvirini və heykəlini yaradacağı insanı müşahidə edərək onun sənətini, daxili aləmini, hərəkətini öyrənməlidir ki, psixoloji keyfiyyətləri dəqiqliklə canlandıra bilsin”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir