RƏSMİ SƏNƏDLƏR


“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 11-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137; 2002, № 12, maddə 701; 2003, № 8, maddə 424; 2004, № 3, maddə 133, № 7, maddə 505, № 10, maddə 762, № 11, maddə 902; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 7, maddə 602; 2013, № 7, maddə 794; 2016, № 1, maddə 20; 2017, № 6, maddə 1021) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin IV hissəsinə “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

2. 19-cu maddənin II hissəsində “Müstəsna hallarda fövqəladə” sözləri “Fövqəladə və ya hərbi” sözləri ilə, “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin