MƏDƏNİYYƏT


“Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar başa çatıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb. Tədbirə Bərdə, Tərtər, Yevlax rayonlarının və Mingəçevir şəhərinin muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunub. Üç gün davam edən sərgi-seminarlarda bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən təqdimat, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.