İQTİSADİYYAT


Xınalıq kəndinin alternativ enerji ilə təmin olunmasını nəzərdə tutan layihə hazırlanıb

Xınalıq kəndinin alternativ enerji ilə təmin olunmasını nəzərdə tutan layihə hazırlanıb

Bakı, 20 dekabr, AZƏRTAC 

Beynəlxalq Ekoenergetika Akademiyasında Quba rayonunun Xınalıq kəndinin bərpa olunan enerji ilə təmin edilməsi üzrə böyük layihə hazırlanıb.

Bu barədə AZƏRTAC-a akademiyanın prezidenti, professor Fəqan Əliyev məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi qurumun hazırladığı layihədə enerjinin ilk növbədə günəş, çay suları və bioqazdan alınması nəzərdə tutulur. Xınalıq kəndi dəniz səviyyəsindən 2200 metr yüksəkdə yerləşdiyindən ora günəş şüası daha intensiv düşür. Buna görə də layihədə günəş enerjisinə daha çox üstünlük verilib.

Fəqan Əliyev qeyd edib ki, Azərbaycan külək, günəş, çay, biotermal, metanol, hidrogen və digər tükənməz enerji mənbələri ilə zəngindir. Odur ki, akademiya alternativ enerji mənbələrinin tətbiqi ilə bağlı bir sıra layihələr hazırlayıb. Həmçinin kənd sakinlərinə aqrar sektorun, xüsusən heyvandarlığın və balıqçılığın davamlı inkişafı üçün istiqamətlər də verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.