MƏDƏNİYYƏT
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik VİDEO
Paris, 22 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olmuşam və böyük təəssüratlarla qayıtmışam. Ölkədəki inkişaf, xalqın qətiyyəti və ruh yüksəkliyi məni heyran etdi.
Bu fürsətdən istifadə edib Azərbaycan xalqına minnətdarlığımı bildirir və Milli Komissiyaya təbriklərimi çatdırıram.
Bu fikir AZƏRTAC-a müsahibəsində UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak edən UNESKO Baş direktorunun müavini Xing Qu söyləyib.
Bildirib ki, Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi ilə çox sıx əlaqələr və məhsuldar əməkdaşlıq var.
“Qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər nazirinin müavini və Mədəniyyət naziri ilə görüşdüm. Azərbaycan ilə UNESKO arasında əlaqələrin gələcəyi parlaq olacaq.
Azərbaycan xalqına ismarıcım isə odur ki, maddi mədəni irsin qorunması və davamlı inkişaf sahələrində həmişə onlarlayıq”, - deyə Xing Qu bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris