CƏMİYYƏT


Xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Bakıda iki nəfərin fərdi təsərrüfatından xırdabuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-dən oktyabrın 13-dək olan müddətdə Ə.Əzizov və G.Hüseynovun həyətlərindən ümumilikdə 46 baş qoyun oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Ş.Əsgərov saxlanılıb.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsində təhqiqatlar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.