Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Xırdalan Metal Konstruksiyalar Zavodu qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Dünyada baş verən neqativ iqtisadi tendensiyalara baxmayaraq, Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, sənaye sahəsi də inkişaf edir, onun potensialı daha da güclənir, rəqabət qabiliyyətli məhsul istehsal edən yeni müəssisələr yaradılır, ixrac imkanları genişləndirilir. Belə müəssisələrdən biri də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın Xırdalan Metal Konstruksiyalar Zavodudur.

AZƏRTAC xəbər verir ki, dekabrın 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Xırdalan Metal Konstruksiyalar Zavodunda müəssisənin daxil olduğu "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın nümayəndələri ilə görüşüb.

Nazir Şahin Mustafayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda son 10 ildə ümumi daxili məhsul istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə artıb. Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyildir ki, dövlət başçısı tərəfindən ötən il "Sənaye ili" elan olunub, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Görülən işlərin nəticəsi olaraq, qeyri-neft sektorunun ÜDM-də payı 70 faizə çatıb, 2015-ci ilin yanvar-noyabr ayları ərzində sənaye 3 faiz, qeyri-neft sənayesi 7,5 faiz artıb.

Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır. Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasına dair Qanunun qəbul olunması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsinə dair imzalanmış fərmanlar sahibkarlıq sahəsində çox mühüm addımlar olmaqla özəl bölmənin inkişafına böyük təkan verəcək. Artıq lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Sənayenin ayrı-ayrı sahələrinin inkişafı barədə danışan nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafında "Akkord" şirkətinin uğurlu fəaliyyətini qeyd edib, şirkətin tikinti-quraşdırma işləri ilə yanaşı, inşaat sektorunun tikinti materiallarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsində əhəmiyyətli rolunu vurğulayıb. Yeni fəaliyyətə başlamış Xırdalan Metal Konstruksiyalar Zavodu da qeyri-neft sektorunun inkişafına və ölkəmizin sənaye potensialının güclənməsinə öz töhfəsini verəcək. 10 ildir sənaye və tikinti sahəsində fəaliyyət göstərən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"na sənayenin müxtəlif sahələrində, o cümlədən mərmər-qranit emalı, sement, beton, asfalt, kərpic, metal-konstruksiya və yüngül sənaye sahələri üzrə 39 müəssisəni əhatə edən 15 şirkət daxildir. Korporasiyanın fasad texnologiyaları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nda 3700-dən çox işçi çalışır. Hazırda Korporasiyanın bir sıra xarici ölkələrdə, o cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri 1,5 milyard dollar olan layihələrdə iştirak etmək üçün investisiya təklifi ilə çıxış edib. "Akkord"un cari tikinti layihələrinin ümumi dəyəri 901 milyon manatdır. Şirkət Türkiyədə hər birinin gücü 150 mvt/saat olan 3 elektrik stansiyasının tikintisi ilə bağlı müraciət edib. Bundan başqa, Koreyanın "Hyundai" şirkəti ilə birgə İranda elektrik stansiyasının tikintisi, Qətərdə sənaye sahəsində həyata keçiriləcək layihələrdə iştirakla bağlı danışıqlar aparılır.

Rəqabətqabiliyyətli məhsul istehsal edən "Akkord" 2016-cı ildə Gürcüstana sement istehsalının əsas komponenti olan 200 min ton klinker ixrac etməyi planlaşdırır.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın yeni yaradılan Xırdalan Metal Konstruksiyalar Zavodu 5,5 hektar ərazidə inşa edilib. Zavod ABŞ, Türkiyə, Almaniya və Finlandiyanın istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Zavod 3 əsas istehsal sexindən - Metal konstruksiya, Metal əritmə və Fasad üzlük istehsalı sexlərindən ibarətdir. Bununla yanaşı, zavodun ərazisində sahəsi 2 min 600 kvadratmetrə yaxın inzibati bina, laboratoriya, qazanxana, su anbarı, nasosxana və transformator yarımstansiyası inşa edilib.

Müəssisədə müxtəlif növ metal konstruksiyalar, sement zavodları üçün qurğular, dam örtükləri, işıq dirəkləri və s. istehsal edilir. Müəssisə ildə 10 min ton məhsul istehsal etmək gücünə malikdir. Bununla yanaşı, müəssisə layihələndirmə və montaj işlərini də həyata keçirir. Hazırda zavodda 100-ə yaxın şəxs işlə təmin olunub. Gələcəkdə işçilərin sayının bir növbədə 450 nəfərə çatdırılması nəzərdə tutulur.

Zavodda işçilər üçün hər cür şərait yaradılıb, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilib. Zavodun müasir tələblərə cavab verən yeməkxanasında işçilər pulsuz yeməklə təmin olunur. Bundan başqa, işçilərin rahat gəliş-gedişi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb.

Müəssisənin müasir və geniş sərgi-konfrans salonunda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın istehsal etdiyi məhsullar nümayış olunur. Burada Korporasiyanın ən qabaqcıl texnologiyalara əsaslanan məhsulları ilə tanış olmaq imkanı yaradılıb.

Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq yaradılmış Xırdalan Metal Konstruksiyalar Zavodu müasir texnologiya və avadanlıqların tətbiq edildiyi və hazırkı dövrün tələblərinə tam cavab verən iri sənaye müəssisəsidir.

Xırdalan Metal Konstruksiyalar Zavodu qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO

“Sabah” “Qarabağ”ın 18 matçlıq məğlubiyyətsizlik seriyasını qırıb

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

® “PAŞA Qrup” şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

“Şah dili-dalğalar və fırçalar”

Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

Bu gün Ekoloji Bilik Günüdür

Vyetnam kriptovalyuta sektorunun inkişafı üçün hüquqi baza hazırlayacaq

Meyvə bağlarında yaz çələngi FOTOREPORTAJ

ÜST: Hepatit virusları hər gün 3500 nəfərin ölümünə səbəb olur