REGİONLAR


Xırdalan Şəhər Musiqi Məktəbinin kollektivi Masallıda konsert proqramı ilə çıxış edib

Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC

Xırdalan Şəhər Musiqi Məktəbinin pedaqoji və şagird kollektivi Masallıda musiqi proqramı ilə çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək musiqi məktəbləri arasında təhsil və yaradıcılıq sahəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasını, habelə qastrol səfərlərinin təşkilinə birgə təşəbbüsün göstərilməsini yüksək dəyərləndirib.

Belə əlaqələrin hər iki musiqi məktəbi üçün səmərəli olduğunu vurğulayan B.Qılıncov, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Xırdalan Şəhər Musiqi Məktəbinin direktoru İkram Manafov çıxışında dəvətə və yaradılan şəraitə görə minnətdarlığını ifadə edərək, qarşılıqlı səfərlərin kollektivlər arasında yaradıcılıq əlaqələrinə və şagirdlərin inkişafına töhfə verəcəyini söyləyib.

Sonra xırdalanlı qonaqlar konsert proqramı ilə çıxış ediblər. İlk olaraq, şagirdlər ritm alətlərində nümunəvi çıxış göstəriblər. Sonra tədbir məktəbin pedaqoji və şagird heyətinin iştirakı ilə davam edib.

Qonaqlar bir-birindən maraqlı musiqi kompozisiyaları, müxtəlif alətlərdə zövqoxşayan solo ifalar səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.