CƏMİYYƏT


Xırdalan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada həlak olub

Bakı, 12 oktyabr, AZƏRTAC

Xırdalan şəhəri ərazisində yolu keçən əvvəllər məhkum olunmuş Asəf Rüstəmov şəhər sakini A.Hüseynovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində A.Rüstəmov xəsarətlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.