CƏMİYYƏT


Xırdalanda çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Bakı, 26 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsində fəaliyyət göstərən “Rov Foods” MMC-yə məxsus çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə gigiyena tələblərinə əməl edilmədiyi, anbarda xammalların saxlanılması zamanı temperatur rejiminin pozulduğu, aromatizatorların son istifadə müddətinin bitdiyi, istifadə edilən qida məhsullarında Azərbaycan dilində markalanmanın olmadığı, hazır məhsulların istifadə müddətinin əsassız olaraq artırıldığı, həmçinin müəssisədə təmir işləri getsə də, istehsal fəaliyyətinin aparıldığı aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və icrası məcburi göstərişlər verilib. Bundan başqa müəssisədə gigiyena tələblərinə əməl edilmədiyi üçün istehsal fəaliyyəti dayandırılıb və istifadə müddəti bitmiş xammalların satışı qadağan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.