CƏMİYYƏT


Xırdalanda ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə qarşı reyd keçirilib VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı avtobuslarda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barədə ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə olunublar. Tədbirlər çərçivəsində polis əməkdaşları Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbət aparıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib. Reyd zamanı, həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barədə də protokollar tərtib olunub.

Tədbir zamanı epidemiya qaydalarını pozan 30-dan çox şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.

Abşeron rayonunda polislər tərəfindən belə profilaktik tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.