REGİONLAR
Xırdalanda iki avtomobil toqquşub, xəsarət alan var
Xırdalan, 5 aprel, AZƏRTAC
Abşeron rayonunda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Nəzirli Nail Nazim oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı, sağ diz qapağının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]