REGİONLAR


Xırdalanda məktəb psixoloqları ilə görüş təşkil edilib

Xırdalan, 19 may, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalandakı Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin psixoloqları ilə “İmtahanqabağı stresin aradan qaldırılması yolları” müzakirə olunub. Görüş Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü qeyd edib. O, imtahanqabağı həyəcan və stresin götürülməsi, özünəinamın formalaşdırılması kimi mövzulara toxunub. Həmçinin hədəflərə çatmaq və yüksək nəticələr əldə etmək üçün motivasiyanın vacibliyini və valideynlərlə işin təşkilinin əhəmiyyətini vurğulayıb.

Tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva görüş çərçivəsində keçirdiyi təlim prosesində psixoloqları imtahan stresinin aradan qaldırılması yolları, həyəcanı və stresi idarə etmək üçün lazım olan psixoloji texnikalar ilə tanış edib.

Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova məktəblərdə psixo-pedaqoji işin aparılması, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Sonda psixoloq–müəllimləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.