REGİONLAR


Xırdalanda piyadaları vuran avtobus sürücüsünün istintaqı başa çatıb

Xırdalan, 18 iyul, AZƏRTAC

Abşeron rayonunun Xırdalan şəhərində 2 piyadanı vuraraq xəsarət almalarına səbəb olmaqda təqsirləndirilən avtobus sürücüsü Vüsal Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Abşeron Rayon Məhkəməsindən AZƏRTAC-a bildirilib ki, cinayət işi baxılması üçün icraata götürülüb. Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xırdalanda baş verib. 535 saylı marşrut üzrə hərəkət edən Vüsal Ağayevin idarə etdiyi sərnişin avtobusu M.Ə.Rəsulzadə küçəsində yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Mirzəzadə Mərziyyə Sahib qızı və 2002-ci il təvəllüdlü Cəfərov Saday Rövşən oğlunu vurub. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.