REGİONLAR


Xırdalanda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub

Xırdalan, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərində adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin abidəsi gün ərzində rayon sakinləri tərəfindən ziyarət olunub.

Eyni zamanda, Abşeron məktəbliləri və uşaq bağçalarının fidanları Xırdalanda Ulu Öndərin adını daşıyan istirahət parkına gələrək hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.