CƏMİYYƏT
Xırdalanda yanğın baş verib
Bakı, 8 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]