CƏMİYYƏT


Xırdalanda yaşayış binasında baş vermiş yanğınla əlaqədar 36 nəfər təxliyə edilib

Bakı, 7 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonunun Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Xırdalanda çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqillərinin 45 paqonometrlik hissəsi, 64 işıq və 8 su sayğacı yanıb.

Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın zamanı doqquz nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.