REGİONLAR


Xızı polisi yaralı əsgərimizə dəstək olub

Xızı, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xızı Rayon Polis Şöbəsinin kollektivi noyabrın 21-də doğum gününü qeyd edən qazi Eltun Camalovu ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin atdığı mərmi nəticəsində baş nahiyəsindən ağır yaralanan E.Camalovun 19 yaşı tamam olur. Torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşaraq qanı ilə tarix yazan igid əsgər Xızı rayonunun Giləzi qəsəbəsində yaşayır.

Qəhrəman əsgərlə görüşdə bildirilib ki, bu ilin sentyabrında Vətən savaşına başlayan müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevinci yaşadıb. Polis əməkdaşları E. Camalovu Vətən müharibəsində qazanılan Qələbə, eləcə də ad günü münasibətilə təbrik edib, onun tezliklə sağalmasını arzulayıb, xalqımızın belə mərd, mübariz oğulları ilə qürur duyduğunu bildiriblər.

Eltun Camalov və onun ailə üzvləri göstərdiyi dəstəyə görə Azərbaycan polisinə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.