REGİONLAR


Xızı rayonunda epizootik sabitlik qorunur

Bakı, 28 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Xızı Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır.

Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, profilaktik tədbirlər rayonun 1 şəhər, 3 qəsəbə və 25 kəndində saxlanılan heyvanlar arasında aparılır. Hazırda Xızı rayonu ərazisində 9784 baş iribuynuzlu, 74272 baş xırdabuynuzlu, 684 baş təkdırnaqlı heyvan, 2569092 baş quş və 2529 arı ailəsi mövcuddur.

Xızı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Cabbarov Fariz İmran oğluna məxsus təsərrüfatda 56 baş iribuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri icra olunub. Eləcə də, həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir aparılıb. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 9723 baş iribuynuzlu, 651 baş təkdırnaqlı heyvanda qarayara, 1654 baş sahibli itdə quduzluq, 7583 baş xırdabuynuzlu heyvanda çiçək, 15772 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) və 13532 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 231 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 340 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Fevralın 10-dan isə Xızı rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (iribuynuzlularda A, O, “Asiya-1”, “Tur-15” tiplərinə, xırdabuynuzlularda A, O tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 3461 baş iribuynuzlu və 7814 baş xırdabuynuzlu heyvanda bu tədbir icra olunub.

Həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Epizootik tədbirlər planına uyğun olaraq, bundan sonra Xızı rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.