CƏMİYYƏT


Xızı sakini qanunsuz ağac kəsdiyinə görə iki min manat məbləğində cərimələnib

Bakı, 26 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən bir yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkarlanıb.

Faktla bağlı protokol tərtib edilib. N.Novruzbəyov inzibati xəta törətdiyinə görə 2 min manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.