REGİONLAR


Xızı və Siyəzəndə təsərrüfatlardan heyvan oğurlayan şəxs tutulub VİDEO

Xızı, 2 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xızı Rayon Polis Şöbəsi əməkdaşları rayonun Baxışlı, Fındığan və Xələc kəndlərində yerləşən fərdi təsərrüfatdan, ümumilikdə, 63 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Adıyev olduğu müəyyən edilib. Saxlanılan şəxs cari ilin iyul-sentyabr ayları ərzində zərərçəkmişlərə 10 min manatdan çox maddi ziyan vurub.

Aparılan tədbirlərlə M.Adıyevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin bu ilin may ayında Siyəzən rayonunda yerləşən Mikayıl Adıgözəlova məxsus fərdi təsərrüfatdan 16 baş xırdabuynuzlu heyvan oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı M.Adıyev törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanların bir qismini Bakı və Sumqayıt şəhərləri ərazisində satdığını bildirib. Oğurlanan heyvanlardan 44 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan isə maddi sübut kimi polis əməkdaşları tərəfindən rayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-nin istintaq qrupunda cinayət işi açılıb. M.Adıyevin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.