REGİONLAR
Xızıda 420 şagird yerlik məktəb binası inşa olunub VİDEO
Xızı, 9 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xızıda 420 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək.
Hazırda son tamamlama və tərtibat işləri aparılan məktəb binasının tikinti sahəsi 2 min 164 kvadratmetrdir.
Otuz sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib.
Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.
Xızı Rayon Təhsil Şöbəsindən bildirilib ki, son 5 ildə rayonda 4 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarından ikisi modul tipli məktəblərdir.