REGİONLAR


Xızıda Taxtakörpü-Ceyranbatan su kanalına minik avtomobili düşüb

Bakı, 11 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonu, Sitalçay kəndi ərazisində "Niva" markalı minik avtomobilinin Taxtakörpü-Ceyranbatan su kanalına düşməsi barədə məlumat daxil olub.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Görülən tədbirlər nəticəsində minik avtomobili sudan çıxarılıb. Batması ehtimal olunan bir nəfərin axtarışları davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.