CƏMİYYƏT


Xızıda baş verən yanğının başvermə səbəbləri araşdırılır

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Xızı rayonunun Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Belə ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.

Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.

Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.