CƏMİYYƏT


Xızıda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 28 iyul, AZƏRTAC

Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Şamaxı rayon sakini A.İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə qarşıda gedən Şamaxı rayon sakini V.Veysəllinin idarə etdiyi eyni markalı avtomobili vurub və avtomobili aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə A.İsgəndərovun sərnişini, Bakı şəhər sakini Anar Hüseynov hadisə yerində həlak olub.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.