REGİONLAR


Xızıda itkin düşən ana və 3 övladı tapılıb

Xızı, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Xızı rayonunda itkin düşən ana və 3 övladı tapılıb.

Rayon Polis Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birlikdə Bakı şəhərində aşkar olunaraq şöbəyə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib.

Ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.