REGİONLAR


Xızıda narkotik becərən şəxs “iş başında” saxlanılıb

Xızı, 12 avqust, Elxan Yusifli, AZƏRTAC 

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sitalçay kənd sakini Dadaş Rüstəmovu həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkilərini dərən zaman “iş başında” yaxalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dadaş Rüstəmov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çəkisi 8 kiloqram 150 qram olan 5 ədəd çətənə bitkisi maddi sübut kimi götürülərək ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı D.Rüstəmov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.