REGİONLAR


Xızıda otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb VİDEO

Xızı, 11 iyun, Elxan Yusifli, AZƏRTAC

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Upa kəndi ərazisində yerləşən otlaq sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini Aydın Səfərov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən otlaq sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolu maddi sübut kimi götürülüb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı A.Səfərov narkotik tərkibli bitkiləri may ayında əkdiyinin və şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.