CƏMİYYƏT
Xızıda partlamamış mərmi aşkarlanıb VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında Xızı rayonunun Sitalçay kəndindəki Qızıldərə adlanan ərazidə bir partlamamış hərbi sursat (100 millimetrlik “OF-15” top mərmisi) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 2500 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən 21-dək agentlik tərəfindən Füzuli, Şamaxı, Xızı rayonlarında, Lənkəran və Gəncə şəhərlərində bir otlaq sahəsinə, bir hərbi hissənin yaxınlığına, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib. Baxış zamanı 1232 partlamamış hərbi sursat, 10 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 12 min 470 kvadratmetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]