REGİONLAR
Xızıda polis əməkdaşları şəhid ailələri ilə görüşüb
Xızı, 19 iyul, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edib, onları təbrik ediblər.
Görüşdə şanlı ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:53]
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
- 29.03.2024 [16:33]
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü
- 29.03.2024 [15:31]
Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək
- 29.03.2024 [14:54]
Salyan sakinindən külli miqdarda heroin götürülüb
- 29.03.2024 [13:39]