REGİONLAR
Xızılı gənc musiqiçinin uğuru
Sumqayıt, 17 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon Uşaq Musiqi məktəbinin yetirməsi Rusiyada keçirilən müsabiqədə iştirak edib.
İdarədən AZƏRTAC–a bildirilib ki, müsabiqə Rusiyada Tatarıstan Respublikasının Kazan şəhərində keçirilib. “Kruqovorot talantov” adlı Beynəlxalq İncəsənət müsabiqəsi Beynəlxalq Mədəniyyət Mərkəzinin “Uğur açarı” proqramı təşkilatçılığı ilə onlayn formatında reallaşıb.
Xızı rayon Uşaq Musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin 2-ci sinif şagirdi Pərvanə Hüseynova 3-cü dərəcəli diploma layiq görülüb.
Pərvanənin müəllimi Elbrus Abbasov, həmçinin onu müşayiət edənlər tar müəllimi Elxan Baxışov və kamança müəllimi Telman Əlizadə təşəkkürnamə ilə təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]