MƏDƏNİYYƏT


Xoakin Feniks “Coker-2” filmindəki roluna görə 150 milyon dollar alacaq

Bakı, 13 avqust, AZƏRTAC

Rejissor Todd Fillipsin “Coker-2” filmi 2024-cü ildə ekranlara çıxacaq. Ekran əsərində dünyaşöhrətli ifaçı Ledi Qaqanın da rol alacağı təsdiqlənib. İfaçı Harli Kvin obrazını canlandıracaq.

AZƏRTAC ctnews-a istinadla xəbər verir ki, “Variety” nəşri bu filmə çəkilən aktyorların qazanacaqları məbləği açıqlayıb.

Qeyd olunub ki, ifaçı Ledi Qaqa filmin çəkilişinə görə 10 milyon dollar alacaq. Lakin bu, Coker roluna görə X.Feniksin qonorarından xeyli azdır. Bildirilir ki, Hollivud aktyoru Xoakin Feniks canlandıracağı rola görə 150 milyon dollar alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.