ELM VƏ TƏHSİL
Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti qrant proqramı elan edir
Bakı, 30 may, AZƏRTAC
Qazaxıstanın Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti 2017-2018-ci tədris ili üçün qrant proqramı elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qrant proqramı türkdilli ölkələrdən olan gənclərin həmin universitetdə təhsil almaları məqsədilə həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına 15 məqsədli təhsil qrantı ayrılıb. Qrant barədə ətraflı məlumatı universitetin internet səhifəsindən (ayu.edu.kz) əldə etmək mümkündür.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşlarından admission.ayu.edu.kz ünvanında qeydiyyatdan keçmələri xahiş olunur. Bu keçid iyunun 1-dən iyunun 30-dək açıq olacaq.
Proqram çərçivəsində təhsil haqqı, təqaüd, yataqxana və ildə bir dəfə vətənə gediş-gəliş xərci Qazaxıstan tərəfindən ödəniləcək.