MƏDƏNİYYƏT


Xocalı - Qisas çağırışı, fəryad səsidir!

Bakı, 26 fevral, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı - Qisas çağırışı, fəryad səsidir!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İştirakçılar Xocalı faciəsinə həsr olunmuş “Əsrin qətliamı” adlı videoslaydı izləyiblər.

Tədbirdə uşaq yazarı Sevinc Nuruqızının soydaşlarımızın işgəncə dolu həyatına həsr etdiyi “Qisas” əsəri müzakirə olunub. Uşaqların iştirakı ilə çox maraqlı diskussiya formasında keçən müzakirədə əsərlə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsindən ibarətdir.

Vurğulanıb ki, S.Nuruqızının Xocalı faciəsinə həsr etdiyi “Qisas” əsəri onun böyüklərə müraciətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.